"Real Sosyedad"ın yeni baş məşqçisi müəyyənləşdi
İspaniyanın "Real Sosyedad" klubunun yeni baş məşqçisi açıqlanıb.
Sportal.az İspaniya mətbuatına isatinadən xəbər verir ki, klub rəhbərliyi komandanı "Mançester Yunayted"in keçmiş baş məşqçisi Devid Moyesə tapşırıb.
51 yaşlı mütəxəssislə sabah müqavilə imzalanacaq. Müqavilənin müddəti 2017-ci ilə qədər nəzərdə tutulub. Moyes yeni komandasında ilinə 2 milyon avro qazanacaq. Beləliklə, şotlandiyalı mütəxəssis klub tarixinin ən yüksək ödənişli baş məşqçisi olacaq.
Qeyd edək ki, Moyes baş məşqçi vəzifəsində Yakob Arrasateni əvəzləyəcək.
saytlarin hazirlanmasi