Karlo Ançelotti: "Di Mariya son vaxtlarda topa nəzarəti itirir, təhlükəli epizodlardan yararlana bilmirdi"

11:45 - 12 Noyabr 2014

Baş məşqçidən açıqlama

 

"Real"ın baş məşqçisi Karlo Ançelotti Xames Rodriqeslə, keçmiş futbolçusu Anxel di Mariyanın mənfi və müsbət cəhətlərindən söz açdı.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Papa Karlo bu iki futbolçudan danışarkən bunları qeyd edib:

 

"Hər 2 futbolçu möhtəşəm. Onları müqayisə etmək düzgün olmaz. Di Mariya öz enerjisi hesabına daim hərəkətdə olaraq topu qazanmağı və onla oynamağı yaxşı bacarır. Lakin son vaxtlarda topa nəzarəti və təhlükəli epizodlarda məntiqsiz davranışları komandadan getməyinə səbəb oldu. Xames isə hal-hazırda məni çox qane edir. O həm hücumçu, həm də yarımmüdafiəçi kimi oynaya bilir."

Xəbər xətti