Futbolçu yaşıl meydanlara geri dönür
Madrid "Real"ının forvardı Xese zədəsini sağaldıb.
Sportal.az xəbər verir ki, futbolçu 8 aydan sonra komanda ilə birlikdə məşqlərə başlayıb. Gənc hücumçunun qarşıdakı matçlarda komandasına kömək edəcəyi gözlənilir
Xatırladaq ki, Xese bu ilin martında Çempionlar Liqasında "Şalke" ilə görüşdə dizindən zədə almışdı.