İspaniya təmsilçisində ciddi itki
"Real"ın yarımmüdafiəçisi Luka Modriçin zədəsi gözləniləndən də ciddidir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tibbi müayinədən keçəndən sonra 30 yaşlı yarımmüdafiəçinin ən azı 12, ən çoxu isə 16 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Qeyd edək ki, Xorvatiya millisinin futbolçusu L.Modriç "Avro-2016"nın seçmə mərhələsində İtaliya ilə qarşılaşmada zədələnib.