FİFA "Real"a təzminat ödəyəcək

17:33 - 19 Noyabr 2014

Qurumdan İspaniya təmsilçisinə 1.6 milyon avro

 

FİFA İspaniyanın "Real" klubuna təzminat ödəyəcək.

 

Sportal.az xəbər verir ki, bu səbəb Luka Modriçin zədələnməsidir. Yeni qaydalara əsasən, dünyanın ali futbol qurumu "Avro-2016"da zədələnən oyunçulara maddi təzminat ödəməlidir.

 

Xorvatiya millisinin yarımmüdafiəçisi L.Modriç "Avro-2016"nın  seçmə mərhələsində İtaliya ilə qarşılaşmada zədələnib. O, 3 ay yaşıl meydanlardan uzaq qalacağı üçün FİFA Madrid klubuna 1.6 milyon avro ödəyəcək.

 

 

Xəbər xətti