“Həmin vaxr çoxları yatağında olacaq"
“Real Sosyedad” klubunun yeni baş məşqçisi Devid Moyes İspaniya La Liqasında oyunların gec başlanmasına etiraz edib.
Sportal.az xəbər verir ki, şotlandiyalı mütəxəssis komandasının 12-ci tur çərçivəsində “Deportivo” ilə keçirəcəkləri qarşılaşma saat 22:00-da başlamasına irad bildirib:
“Həmin vaxr çoxları yatağında olacaq. Bəs futbolçular kimə və nəyə görə oynayırlar? İspaniyaya gələndə elə bildim ki, yeni bir futbol mədəniyyəti olan ölkədə nəsə öyranəcəyəm. Ancaq gördüklərim tam əksinədir. Əlbəttə, baş məşqçi kimi mən buna öyrəşməliyəm. Görünür, şam yeməyimi bir qədər geç eləməliyəm.
Milli komandaların oyunu ilə bağlı çempionatda yaranmış gasilə mənim işimə yaradı. Həmin müddətdə futbolçularla münasibət saxlayıb yaxından tanış oldum. “Real Sosyedad”ın səviyyəli futbolçuları ilə yüksək yerlərə oynamaq olar. Komandanın yetərincə potensialı var ki, daha yaxşı nətcələr göstəsin”.
saytlarin hazirlanmasi