“Malaqa”yla oyunda Arda huşunu itirib

02:00 - 23 Noyabr 2014

Türkiyəli futbolçu rəqiblə sərt toqquşub
 
"Atletiko" klubunun yarımmüdafiəçisi Arda Turan İspaniya La Liqasının 12-ci turunda "Malaqa" ilə keçirilən oyunda huşunu itirib.
 
Sportal.az xəbər verir ki, oyunun 19-cu dəqiqəsində topa müdaxilə etmək istəyən türkiyəli futbolçu rəqib oyunçu Antunesin zərbəsindən sonra yerdə qalıb. Burnundan qan açılan futbolçu həkimlərin ilkin tibbi yardımından sonra özünə gəlib. Həmin anda baş hakim Fernando Teyxeyranın oyunu davam etdirməsi "Atletiko"lu futbolçuların və azarkeşlərin etirazına səbəb olub.
 
Qeyd edək ki, "Atletiko" bu qarşılaşmada "Malaqa"nı  3:1 hesabı ilə məğlub edib.  
 
 
 

Xəbər xətti