Klubdan qolkiperə cəza
İngiltərənin "Arsenal" klubu qapıçısı Voyçex Şesniyə cəza tətbiq edib.
Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London təmsilçisi polşalı qolkiperi 25 min avro məbləğində cərimələyəcək.
Səbəb isə qolkiperin "Sauthempton"la İngiltərə Premyer Liqasının son turunda keçirilən matçdan sonra siqaret çəkməsidir.
Qeyd edək ki, komandanın baş məşqçisi Arsen Vengerin V.Şesniyə "Hall Siti" ilə qarşılaşmada şans verməyəcəyi gözlənilir.