27% səslə ən yaxşı seçildi
“Mançester Yunayted”n hücumçusu Ueyn Runi 2014-cü ildə İngiltərə millisinin ən yaxşı oyunçusu seçilib.
Sportal.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyasının rəsmi saytında 29 yaşlı futbolçu səslərin 27 %-ini qazanaraq "Liverpul"un yarımmüdafiəçisi Rahim Sterlinq ikinci, "Arsenal"ın forvard Deniel Uelbeki qabaqlayaraq ən yaxşı futbolçu adına layiq görülüb.
Qeyd edək ki, Runi 2003-cü ildən ənənəvi olaraq keçirilən sorğuda üçüncü dəfə bu mükafata yiyələnən tək futbolçu adını qazanıb. O, daha əvvəl 2008 və 2009 ildə ən yaxşı oyunçu seçilib.
saytlarin hazirlanmasi