"Şəhərlilər" səfərdə büdrədi
İngiltərə Premyer Liqasında 21-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Mançester Siti” səfərdə “Everton”la qarşılaşıb.
İlk yarıda tərəflər qapılara yol tapmasa da, fasilədən sonra istəklərinə çatıblar. 74-cü dəqiqədə Fernandinyo "şəhərlilər"i hesabda önə çıxarıb. Lakin qonaq komandanın qol sevinci 4 dəqiqə çəkib. Belə ki, Naysmit tarazlığı bərpa edərərk komandasını məğlubiyyətdən qurtarıb.
“Everton” – “Mançester Siti” 1:1
Qollar: Naysmit, 78 – Fernandinyo, 74
saytlarin hazirlanmasi