Punçeon komandasına 3 xal bəxş etdi
İngiltərə Premyer Liqasında 21-ci turun oyunları start götürüb.
Sportal.az xəbər verir ki, "Kristal Pelas" doğma divarlar arxasında "Tottenhem"i sınağa çəkib.
Birinci hissədə qapılara qol vurulmasa da, ikinci yarıda tərflər fərqləniblər. 49-cu dəqiqədə hotspurlulardan Kin hesabı açıb. Meydan sahibləri məğlub duruma düşmələrinə baxmayaraq,həm oyunu həm də hesabı öz xeyrlərinə çevirə biliblər.
69-cu dəqiqədə Qayle penaltini dəqiq yerinə yetirrərək hesaba tarazlıq gətirib. 80-ci dəqiqədə Punçeon ev sahiblərinə qələbə qazandıran qolu vurub.
“Kristal Pelas” – “Tottenhem” 2:1
Qollar: Qayle, 69-pen, Punçeon, 80 - Kin, 49
saytlarin hazirlanmasi