Yovetiç "Yuventus"a 18 milyona başa gələcək

02:20 - 14 Yanvar 2015

Turin təmsilçisi  futbolçunu "şəhərlilər"dən "oğurlayır"
 
“Yuventus” rəhbərliyi hücumçu Stevan Yovetiçin transferinə görə “Mançester Siti” klubuna 18 milyon avro ödəməyə hazırdır.
 
Sportal.az xəbər verir ki, Turin təmsilçisi əvvəl çernaqoriyalı futbolçunu mövsümün sonuna qədər icarə götürmək yayda isə onun transfer hüququnu almaq istəyir. 25 yaşlı forvardın icarısinə görə “ağ-qaralar” “şəhərlilər”ə 2 milyon ödəyərək mövsümün sonuna qədər onunla mqavilə bağlamağa çaılışır.
 
Ardınca 16 milyon avro ödəməklə İtaliya çempionu Yovetiçi hyətinə qatmağı planlaşdırır. Yaxın günlərdə bir araya gələcək tərəflər futbolçunun transferiylə bağlı məslələrə aydınlıq gətirəcəklər. Cari mövsüm “Mançester Siti”nin heyətində 20 oyun keçirən Yovetiç 5 qol vurub və 3 məhsuldar ötürmə edib.             

Xəbər xətti