"Arsenal"ın kapitanı əməliyyat olundu

16:45 - 16 Yanvar 2015

Futbolçu 3 ay yaşıl meydanlardan uzaq qalacaq

 

"Arsenal"ın kapitanı Mikel Arteta cərrahi əməliyyat keçirib.

 

Sportal.az İngilərə mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi 3 ay komandasına kömək edə bilməyəcək. London klubunun baş məşqçi Arsen Venger də futbolçunun uzun müddət meydana çıxmayacağını təsdiqləyib:


"Artetanın əməliyyatı uğurlu keçdi. Onun səhhəti ilə bağlı hər şey qaydasındadır. Futbolçumuzun əməliyyat olunması vacib idi. Mikel tam sağalaraq komandaya qayıdacaq.


Qeyd edək ki, Arteta bu mövsüm Premyer Liqada cəmi 7 oyuda meydana çıxa bilib.

Xəbər xətti