Futbolçu "Sanderlend"də çıxış edəcək
İngiltərə millisinin sabiq hücumçusu Ceremeyn Defo karyerasını ölkəsində davam etdirəcək.
Sportal.az xəbər verir ki, Kanadanın “Toronto” klubunda çıxış edən 32 yaşlı futbolçu “Sanderlend”lə razılığa gəlib.
Təcrübəli futbolçu komanda ilə 3,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Ceremeyn Defo "Toronto"da 19 oyuna çıxıb və 11 qol vurub.