İngiltərə nəhəngləri kamerunlunu ələ keçirmək istəyir
“Liverpul” rəhbərliyi “Barselona”ya məxsus və “Vest Hem”də icarə əsasında oynayan Aleks Sonqu heyətinə qatmağa hazırlaşır.
Sportal.az xəbər verir ki, “qırmızılar” yarımmüdafiəçinin transfer hüququnu almaq üçün kataloniyalılara 11,2 milyon funt sterlinq ödəməyə razıdır.
“Liverpul” klubuyla yanaşı 27 yaşlı kamerunlu futbolçunu transfer etməkdə “Mançester Yuneyted” də maraqlıdır. İngiltərə Premyer Liqasında cari mövsüm 14 oyuna çıxan Sonq elə də uğurlu çıxışıyla yadda qalmayıb.
saytlarin hazirlanmasi