"Mançester Siti" yarımmüdafiəçisini itirdi

17:30 - 17 Yanvar 2015

Nasri sıradan çıxdı

 

İngiltərənin "Mançester Siti" klubu ciddi itkiyə məruz qalıb.

 

Sportal.az Britaniya mətbuatına istinadən xəbər verir ki, komanda Premyer Liqada "Arsenal"la qarşılaşmaya ciddi itki ilə çıxacaq.

Fransalı yarımmüdafiəçisi Samir Nəsri zədə səbəbindən bu matçda iştirak etməyəcək. Futbolçunun 1 ay yaşıl meydanlardan kənar qalacağı söylənilir.

Qeyd edək ki, "Mançester Siti" - "Arsenal" oyunu yanvarın 18-i Bakı vaxtı ilə 18:00-da keçiriləcək.

Xəbər xətti