Keyn "Tottenhem"lə olan müqaviləsini 2020-ci ilə qədər uzatdı

14:10 - 25 Yanvar 2015

Həftəsinə 35 min funt

 

"Tottenhem"in 21 yaşlı hücumçusu Harri Keyn klubla olan müqaviləsini uzadıb.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2020-ci ilə qədər olan müqavilədə Keyn həftəsinə 35 min funt-sterlinq qazanacaq. Xatırladaq ki, futbolçu əvvəlki müqavilə əsasında həftəyə 20 min funt qazanırdı.

 

Keyn bu mövsüm çıxdığı 18 matçda 8 qol və 4 asistlə yadda qalıb.

Xəbər xətti