Futbolçu 4 ay sonra qol vurdu
"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil yenidən yaşıl meydanlara qayıdıb.
Sportal.az xəbər verir ki, türkəsilli alman futbolçu dünən İngiltərə Federasiya kubokunda "Brayton"u 3:2 hesabı ilə məğlub etdikləri qarşılaşmada meydanda olub.
Bu görüşdə Özil komandasının ikinci qolunu vurub. O, sonuncu dəfə ötən ilin sentyabrında fərqlənib.
saytlarin hazirlanmasi