1/2 final mərhələsi
İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin bir cavab oyunu keçirilib.
Sportal.az xəbər verir ki, "Çelsi" öz meydanında "Liverpul"u qəbul edib.
Branislav İvanoviçin yeganə qolu “Çelsi”yə qələbə qazandırıb. İlk oyunda 1:1 hesablı bərabərlik qeydə alındığından “Çelsi” finala adlayıb.
“Çelsi” - “Liverpul” - 1:0 (İlk oyun - 1:1)
Qol: İvanoviç, 94