Gələn ilin yayına qədər...
"Arsenal"ın təcrübəli yarımmüdafiəçisi Mikel Arteta klubla olan müqaviləsini yeniləyib.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2011-ci ildən "topçular"ın şərəfini qoruyan Arteta 2016-cı ilin yayına qədər komandada qalacaq.
Qeyd edək ki, yanvar ayında əməliyyat olunaraq 3 aylıq sıradan çıxan 32 yaşlı futbolçu bu mövsüm 11 matçda forma geyinə bilib.
saytlarin hazirlanmasi