Həftə sonu tibbi müayinədən keçəcək
"Fiorentina"nın kolumbiyalı yarımmüdafiəçisi Xuan Kuadrado karyerasını İngiltərədə davam etdirəcək.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, şənbə günü tibbi müayinə üçün İngiltərəyə gələcək Kuadrado bu həftə keçiriləcək "Çelsi" - "Mançester Siti" matçında debüt edə bilməyəcək.
Qeyd edək ki, debüt matçı fevralın 7-də keçirilən "Aston Villa" ilə oyunda planlaşdırılan 26 yaşlı futbolçu bu mövsüm A Seriyada keçirdiyi 17 matçda 4 qol və 4 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi