İngiltərə klubu FİFA-nı aldatdığına görə cərimələndi

18:20 - 5 Fevral 2015

Komanda Diafra Saxonu çempionata göndərmədi
 
FİFA İngiltərənin "Vest Hem" klubunu cərimələyib. 
 
Sportal.az Britaniya mətbuatına istinadən xəbər verir ki, komanda Diafra Saxonu Afrika Kubokuna buraxmadığına görə qruma 71 min funt sterlinq ödəyəcək. 
 
İngiltərə təmsilçisi futbolçunun zədəli olmasını bəhanə gətirsə də, Saxo "Bristol Siti" ilə qarşılaşmada iştirak edib və 1 qol da vurub. 

Xəbər xətti