"Liverpul"da "Beşiktaş"la matç öncəsi kapitan şoku

11:50 - 12 Fevral 2015

Cerard zədələnib
 
"Liverpul" klubu ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, komandanın kapitanı Stiven Cerard "Tottenhem"lə Premyer Liqa matçında ombasından zədə alıb. Oyunun 68-ci dəqiqəsində əvəzlənən 34 yaşlı futbolçunun ən azı 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Belədə o, İngiltərə kubokunda "Kristal Palas", Avropa Liqasında "Beşiktaş"la ev oyunu və Premyer Liqada "Mançester Siti" ilə vacib görüşlərdə komandasına kömək edə bilməyəcək.
 
Qeyd edək ki, Cerardın "Beşiktaş"la cavab matçında iştirak edib-etməyəcəyi də məlum deyil. 

Xəbər xətti