London klubu belçikalıya güvənir
İngiltərənin "Çelsi" klubunu aparıcı futbolçularından sayılan Eden Hazard ilə müqaviləni yeniləyib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, belçikalı hücumçu 2020-ci ilə qədər London təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, 2012-ci ildən "Çelsi"nin şərəfini qoruyan 24 yaşlı futbolçu bu mövsüm keçirdiyi 25 oyunda 9 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi