"Mançester Yunayted" 16 yaşlı futbolçu transfer edir FOTO

17:15 - 20 Fevral 2015

30 milyonluq transfer

 

"Mançester "Yunayted" gənc ulduz İndi Bunen üçün "Genk"ə sərvət təklif edib.

 

Gələcəyin ulduzu olaraq göstərilən "Genk"in 16 yaşındakı yarımmüdafiəçisi İndi Bunenə İngiltərə nəhəngi "Mançester Yunayted" elçi düşüb.

 

Sportal.az  "Daily Mail"-ə istinadən xəbər verir ki , bir müddətdir komanda müşahidəçiləri tərəfindən təqib edilən oyunçuyla "Arsenal" və "Çelsi"nın də yaxından maraqlandığını eşidən "Qırmızı Şeytanlar" 30 milyon funtluq təkliflə "Genk"in qapısını döyüb.

 

Qeyd edək ki, 3 illik müqavilə imzalanan gənc ulduz , gələcək mövsümdən etibarən Premyer Liqada top qovacaq.

Xəbər xətti