Qırmızı kart aldığı üçün...
İngiltərə Premyer Liqasının son turunda keçirilən "Çelsi" - "Bernli" (1:1) matçında "zadəganlar"ın heyətində Nemanya Matiç qırmızı kart alaraq meydanı tərk etmişdi.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Çelsi" qırmızı kartın ləğv olunması üçün Apelyasiya Məhkəməsinə şikayət ərizəsi ünvanlayıb.
Qeyd edək ki, apelyasiya məhkəməsinin qərarından sonra qırmızı kart ləğv olunarsa Matiç martın 1-də İngiltərə Liqa kubokunun finalında keçiriləcək "Çelsi" - "Tottenhem" matçında oynaya biləcək.
saytlarin hazirlanmasi