Con Terri yenidən İngiltərə millisindən imtina etdi

22:00 - 2 Mart 2015

Baş məşqçi dəvət etsə də...

 

“Çelsi”nin kapitanı Con Terri bir daha millinin şərəfini qorumayacaq.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, İngiltərə yığmasının baş məşqçisi Roy Hodson Avro-2016-nın seçmə mərhələ oyunlarında Terrinin xidmətindən yararlanmaq niyyətinə düşsə də, 35 yaşlı müdafiəçi yığmaya qayıtmaqdan imtina edib.

 

Qeyd edək ki, Con Terri 2003-2012-ci illər ərzində İngiltərə yığmasının heyətində 78 oyun keçirib, 6 qola imza atıb.

Xəbər xətti