"Fərqi yoxdur 3 ya da 4-cü olaq, əsas Çempionlar Liqasına vəsiqə qazanmaqdı"

17:02 - 15 Mart 2015

"Növbəti matç vacibdir"

 

"Mançester Yunayted"in hollandiyalı baş məşqçisi Lui van Qal çempionluq şanslarından söhbət açıb.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis Çempionlar Liqasının vacib olduğunu bildirərək bunları qeyd edib:

 

"Biz 3 ya da 4-cü yeri tuta bilərik. Lakin, bunun heç bir fərqi yoxdur. Əsas odur ki, Çempionlar Liqasına vəsiqə əldə edə bilək. Vəsiqə uğrunda hal-hazırda gərgin mübarizə getsə də sonda bunu əldə edəcəyimizə inanıram. Bu inam hissini artırmaq üçün növbəti matç vacibdir".

Xəbər xətti