Londonluların sevinci 8 dəqiqə çəkdi
İngiltərə Premyer Liqasında 29-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, lider “Çelsi” doğma divarlar arxasında “Sautqempton”u qəbul edib.
Çempionlar Liqasında 1/8 final mərhələsində mübarizəni dayandıran “zadəganlar” bu dəfə ölkə çempionatında büdrəyib. Belə ki, Joze Morinyonun komandası evda xal itkisiylə üzləşib. Baxmayaraq ki, londonlular 11-ci dəqiqədə Dieqo Kostanın qoluyla hesabda önə keçsə də, 8 dəqiqə sonra qonaqlar bərabərlik qolunu vurub.
“Çelsi” – “Sautqempton” 1:1
Qollar: Kosta, 11 - Tadiç, 19-pen
saytlarin hazirlanmasi