Premyer Liqa klubundan Advokata təklif

17:15 - 16 Mart 2015

“Sanderlend”i hollandiyalı çalışdıracaq?
 
Serbiya millisindən ayrılandan sonra işsiz qalan Dik Advokat İngiltərə Premyer Liqasında klub çalışdıra bilər.
 
Sportal.az xəbər verir ki, 67 yaşlı hollandiyalı mütəxəssis Premyer Liqanı tərk etmək təhlükəsiylə üz-üzə qalan “Sanderlend”ə başçılıq edə bilər. Son turda “Sanderlend”in evdə “Aston Villa”ya 4:0 hesabı ilə məğlub olması baş məşqçi Qustavo Poyetin kreslosunu laxladıb.
 
Qeyd edək ki, uğursuz nəticələrdən sonra klub rəhbərliyi Poyetlə yollarını ayırmaq qərarına gəlib.

Xəbər xətti