Yarımmüdafiəçi müqaviləni uzadacaq?
"Liverpul"un yarımmüdafiəçisi Rahim Sterlinq komandası ilə olan müqaviləsini uzatmağa rədd cavabı verib.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu həftəsinə 100 min funt təklif olunan müqaviləyə imza atmaqdan boyun qaçırsa da, məbləğin 150 min funt-sterlinqə qaldırılacağı təqdirdə razılığa gələcəyini bildirib.
Qeyd edək ki, Sterlinq bu mövsüm "Liverpul"un heyətində 27 matçda forma geyinib ki, bu matçlarda 6 qol və 8 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi