Avrokuboklarda təmsilçi qalmadı
Avropa Liqasının 1/8 finalında Kiyev "Dinamo"suna 5:2 hesabı ilə məğlub olan "Everton" AL-də mübarizəni dayandırdı.
Sportal.az xəbər verir ki, bununla da avrokubokların 1/4 final mərhələsində heç bir İngiltərə komandası qalmadı. Bundan öncə "Çelsi", "Mançester Siti", "Arsenal" ÇL-in 1/8 finalında, "Liverpul", "Tottenhem" AL-in 1/16 finalında, "Hall Siti" isə turnirin III təsnifat mərhələsində mübarizəni dayandırıb.
Beləliklə, ingilislər düz 22 il əvvəl, 1992/93 mövsümündən sonra ilk dəfə belə fiasko ilə üzləşib.
saytlarin hazirlanmasi