Rosiçki "Arsenal"dan ayrılır

19:50 - 24 Mart 2015

Çexiyalı hələ qışda komandadan getmək istəyib
 
Çexiya millisinin sabiq üzvü Tomaş Rosiçki mövsümün sonunda “Arsenal” klubuyla yollarını ayıra bilər.
 
Sportal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi hələ qış fasiləsində londonluların düşərgəsini tərk etmək istəyib.
 
Lakin həmin vaxt baş məşqçi Arsen Venger təcrübəli futbolçunu komandada saxlamalı olub. Cari mövsüm 14 oyunda rəqib qapılarına iki dəfə yol tapan Rosiçki yayda İngiltərədən gedəcəyini bəyan edib.  

Xəbər xətti