"Desəm ki, "Vest Hem" arzuladığım komandadır, onda yalan danışmış olaram"

01:50 - 9 Aprel 2015

Sem Ellardays “Mançester Yunayted”i çalışdırmaq istəyir  
 
“Vest Hem” klubunun baş məşqçisi Sem Ellardays “Mançester Yunayted” və İngiltərə millisinə başçılıq etmək arzusundadır.
 
Sportal.az xəbər verir ki, 1991-ci ildən məşçilik edən mütəxəssisin ilk çalışdırıdığı komanda İrlandiyanın “Limerik” klubu oluib.
 
1999-2007-ci illərdə Sem Ellardays “Blekpul”, “Noqts Kaunti”, “Nyukasl”, “Blekbern” və “Bolton” komandalarına başçılıq edib. Təcrübəli məşqçi “Mançester Yunayted” və İngiltərə milli komandasına başçılıq etmək istdəyini gizlətməyib:
 
“Desəm ki, “Vest Hem” arzuladığım komandadır, onda yalan danımış olaram. Belədə fanatlar da məndən üz çevirərlər. Həqiqəti demək daha yaxşıdır. Mənim çalışdırmaq istədiyim komanda “Mançester Yunayted”dır. “Bolton” klubu Premyer Liqaya  vəsiqə qazananda “Old Trafford”ın yanından hər dəfə keçəndə stadiona baxırdım. Nə vaxtsa “Mançester Yunayted”in baş məşqçisi olmağı arzulamışam. Bir gün gələcək ki, mən arzuma qovuşacağam.
 
Ən yaxşı günüm isə İngiltərə millisinin baş məşqçi postuna namizədliyim irəli sürüləndə olub. Həmin vaxt federasiya rəhbərliyi Stiv Maklarenlə mənim aramda seçim edirdi. Onda federasiya Maklarenə üstünlük verdi”. 

Xəbər xətti