"Fellainin saçları oyundan kənar vəziyyətdə idi"

20:50 - 12 Aprel 2015

Qari Lineker: “Əfsuslar olsun ki, hakim bu epizodu diqqətdən qaçırdı”
 
İngiltərə Premyer Liqasının 32-ci turunda “Mançester Yunayted” – “Mançester Siti” derbisində ev sahiblərinin vurduğu ikinci qolun oyundan kənardan vurulduğu iddia olunur.  
 
Sportal.az xəbər verir ki, ekspert qismində çıxış edən İngiltərə millisinin sabiq hücumçusu Qari Lineker Fellainin vurduğu qolda ofsayd olduğunu deyib:
 
“Fellaini qol vuran anda onun saçları oyundan kənar vəziyyətdə  idi. Eşli Yanqın ötürməsində köməkçi hakim bayrağı qaldırmalıydı. Əfsuslar olsun ki, hakim bu epizodu diqqətədən qaçırdı”.

Xəbər xətti