“Şəhərlilər”in qələbəsinə ilk 45 dəqiqə bəs etdi
İngiltərə Premyer Liqasında 33-cü turun qalan oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu tur “Mançester Siti” doğma meydanda “Vest Hem”I sınağa çəkib.
Manuel Pelleqrinin komandası oyunun taleyini elə birinci hissədə həll edib. 17-ci dəqiqədə qonaqların futbolçusu Reyd topu öz qapısına göndərib. İlk yarının sonlarına doğru Serxio Aquero hesab arasında fərqi artırıb.
“Mançester Siti” – “Vest Hem” 2:0
Qollar: Vinston Reyd, 17 (avtoqol); S.Aquero, 36
saytlarin hazirlanmasi