Braziliyalı futbolçunun beyni silkələndi
İngiltərə Premyer Liqasının 34-cü turunda “Arsenal”la qarşılaşmada “Çelsi”nin aparıcı üzvü Oskar ciddi xəsarət alıb.
Sportal.az xəbər verir ki, 15-ci dəqiqədə “zadəganlar”ın braziliyalı yarımmüdafiəçisi top uğrunda mübarizədə “topçular”ın qapıçısı David Ospinayla toqquşub.
Bu toqquşmadan sonra başında ağrılar hiss edən Oskar meydanı tərk etmək məcburiyyətində qalıb. Həkimlərin rəyinə görə, braziliyalı futbolçu beyin silkələnmə diaqnozuyla xəstəxanaya aparılıb.
saytlarin hazirlanmasi