Joze Mourinyodan “Arsenal” azarkeşlərinə cavab
İngiltərə Premyer Liqasının 34-cü turunun mərkəzi dueli “Arsenal” – “Çelsi” oyununda hesab açılmayıb.
Sportal.az xəbər verir ki, oyunun gedişində “topçular”ın baş məşqçisi Arsen Venger hücumçu Olvyer Jirunu Teo Ulkottla əvəzləyib.
Bundan sonra “Arsenal” fanatları tribunadan “Darıxırıq, darıxırıq “Çelsi” şüarları səsləndirərək “zadəganlar”ın müdafiəyönlü oyununa etirazı bildiriblər. “Çelsi”nin baş məşqçisi Joze Mourinyo oyundan sonra mətbuat konfransında özünəməxsus şəkildə azarkeşlərə cavab ünvanlayıb:
“Çelsi” nin darıxdırıcı oyun sərgilədiyini düşünmürəm. Azarkeşlər etirazı bizə qarşı deyil, “Arsenal”ın məşqçilər korpusuna ediblər. Onlar hücum xəttində Uolkott və Jiru cütlüyünü görmək istəyirdilər. Lakin məşqçilər korpusu Jirunu əvəzləyəndə onlar necə etiraz edəcəklərini bilmədilər. Ondan sonra başladılar “Çelsi”nin oyununda nəsə axtarmağa. Mənə elə gəlir ki, bu qarşılaşmada cansıxıcı oyun “Arsenal” göstərdi, nəinki “Çelsi”.
saytlarin hazirlanmasi