Ötən mövsümün 2-cisi bu il 1-ci oldu
İngiltərə Premyer Liqasında 2014-2015 mövsümünün ən yaxşı futbolçusu adına aydınlıq gəlib.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu nominasiyada "Çelsi"nin 24 yaşlı belçikalı futbolçusu Eden Azar bütün rəqiblərini qabaqlayıb. Ötən mövsüm isə Suarez 1-ci yerə layiq görüldüyü halda Azar ikinci yeri tutmuşdu.
Qeyd edək ki, mövsümün ən yaxşı gənc futbolçusu adına isə “Tottenhem”in üzvü Harri Keyn layiq görülüb.
saytlarin hazirlanmasi