Kramariç qışda “zadəgan” ola bilərmiş
Xorvatiya millisinin üzvü Andrey Kramariçin qış fasiləsində “Çelsi” klubuna keçmək şansı olub.
Sportal.az xəbər verir ki, “Lester”in şərəfini qoruyan futbolçu londonluların onunla maraqlandığını gizlətməyib:
"Baş məşqçi Joze Morinyoyla görüşmək imkanım olub. Etiraf edim ki, “Çelsi”yə keçmək şansım vardı. “Lester” rəhbərliyi İngilətərədə başqa komandaya keçsən icarə əsasında oynayacağımı deyəndə, “Çelsi”dən imtina etdim. Ondan sonra “Lester”də qalmağa üstünlük verdim.
Düzü, seçim etməkdə çətinlik çəkirdim. Ancaq sonra fikirləşdim ki, düzgün seçim etmişəm. Çünki “Çelsi”nin əsas heyətinə düşmək mənim üçün çətin olardı”
saytlarin hazirlanmasi