Aprel ayının oyunçusu məlum oldu
İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, azarkeşlər arasında aparılan sorğuya əsasən, ötən ayın ən yaxşısı "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil seçilib. Türkəsilli alman oyunçu səsvermədə “Aston Villa”nın futbolçusu Kristian Benteke, “Lester”dən Esteban Kambiasso və “Çelsi”dən Eden Hazardı qabaqlayıb.
Qeyd edək ki, M.Özil bu mövsüm 26 matçda oynayıb.
saytlarin hazirlanmasi