"Baş məşqçimiz mənə van Persinin necə penalti vurduğunu əvvəlcədən demişdi" VİDEO

02:10 - 3 May 2015

“Vest Bromviç”in qapıçısı sirrin üstünü açdı   
 
İngiltərə Premyer Liqasının 35-ci turunda “Vest Bromviç” səfərdə “Mançester Yuneyted”ə 1:0 hesabı ilə qalib gəlib.
 
Sportal.az xəbər verir ki, qonaq komandanın qələbə qazanmasında qapıçı Boaz Mayxillin böyük payı var. 75-ci dəqiqədə van Persinin penalti zərbəsini dəf edən kiper oyunun əsl qəhrəmanına çevrilib. Oyundan əvvəl baş məşqçi qapıçıya penalti olacağı diqqətli olmağını tapşırıb:
 
“Hələ oyundan əvvəl baş məşqçimiz penalti olacağı halda diqqətli olmağımı tapşırdı. Hətta rəqibin heyətində penaltini yerinə yetirən futbolçuların zərbəni necə və hansı səmtə vurduğunu da mənə əvvəlcədən başa saldı. Van Persi penalti nöqtəsinə yaxınlaşanda baş məşqçimizin sözləri yadıma düşdü. Bu da mənə zərbənin səmtini tapmağa və topu dəf etməyə kömək etdi”. 
 
 

Xəbər xətti