“Kristal Palas”la oyunöncəsi Ramires özünü pis hiss edib
İngiltərə PremyerLiqasının35-citurunda“KristalPalas”laoyunöncəsi “Çelsi”nin yarımmüdafiəçisi Ramires özünü pis hiss edib.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçunun xəstəxanaya aparılması baş məşqçi Joze Morinyonu əsas heyətdə dəyişiklik etməyə məcbur edib.
Portuqliyalı mütəxəssis start heyətində Ramiresin əvəzinə Xuan Kuadradonu meydana daxil edib. “Çelsi”nin baş məşqçisi məsələyə belə aydınlıq gətirib:
“Oyundan əvvəl Ramires özünü narahat hiss etdi. Onu xəstəxanaya göndərdik ki, müayinədən keçsin. Ona görə də əsas heyətdə dəyişiklik etməli oldum. Kuadrado onun yoxluğunu hiss etdirmədi. Bütün tapşırıqlarımı yerinə yetirərək işinin öhdəsindən gəldi. Ramiresə baş çəkmək üçün indi xəstəxanaya gedirik. Onun səhhətindəki problem məni narahat etməyə bilməz”.
saytlarin hazirlanmasi