Londonlulara qələbə qazanmasına 17 dəqiqə bəs etdi
İngiltərə Premyer Liqasında 35-ci turun oyunlarına yekun vurulub.
Sportal.az xəbər verir ki, ikinci yer uörunda mübarizə aparan “Arsenal” səfərdə “Hall Siti”ylə qarşılaşıb. Arsen Vengerin komandası oyunun taleyinə birinci hissədə aydınlıq gətirib. İlk yarının son 17 dəqiqəsində londonlular rəqibin qapı torunu 3 dəfə topla silkələməyi bacarıb.
Sançesin dublu və Ramseyin qolu sayəsində “topçular” fasiləyə 3:0 hesabı ilə üstün yollanıb. Meydan sahibləri bu qollardan birinin əvəzini çıxa biliblər. “Şəhərlilər”in yeganə qolunu Meyler vurub.
“Hall Siti” – “Arsenal” 1:3
Qollar: Meyler, 46 - Sançes, 28, 45+1, Ramsey, 33
saytlarin hazirlanmasi