"Çelsi"dən argentinalı hücumçuya 30 milyon

02:25 - 5 May 2015

“Zadəganlar” İkardini heyətinə qatır
 
“İnter” klubunun Mauro İkardiyə yeni müqavilə təklif etmədiyini görən İngiltərə nəhəngi “Çelsi” dərhal hərəkətə keçib.
 
Sportal.az xəbər verir ki, “zadəganlar” mövsümün sonunda argentinalı hücumçunu heyətinə qatmaq üçün 30 milyon avro xərcləməyə hazırdır.
 
22 yaşlı futbolçunun transferini tezliklə həyata keçirmək üçün “Çelsi”  rəsmləri yaxın günlərdə Milana səfər edəcək. Cari mövsüm “İnter”in heyətində 44 oyuna çıxan İkardi 23 qol vurub və 4 məhsuldar ötürmə edib.   

Xəbər xətti