Coy Barton komanda yoldaşlarına nə məsləhət gördü?
İngiltərə Premyer Liqasının 36-cı turunda “Kuins Park Reyncers”i səfərdə “Mançester Siti”ylə çətin oyun gözləyir.
Sportal.az xəbər verir ki, mövsümün başa çatmasına 3 tur qalmış KPR elitanı tərk etməyə yaxındır.
Növbəti turlarda qazanılacaq nəticələrdən asılı olaraq, klubun yüksək dəstədə yerini qoruyub-qorumayacağına aydınlıq gələcək. KPR-li yarımmüdafiəçi Coy Barton “şəhərlilər”lə oyun ərəfəsində sərt çıxış edib:
“Bəzi futbolçular oyunlarına fikir verməlidirlər. Əgər məyus olmaq istəmirlərsə, ilk növbədə məsuliyyət dərk etməlidirlər. Onlar güzgünün qarşısında dayanıb öz-özlərinə “Komanda üçün nə etmişik?” sualını versinlər. Əgər ixtiyar məndə olsa, onları komandadan qovaram”.
saytlarin hazirlanmasi