KPR aşağı dəstəyə yuvarlandı
İngiltərə Premyer Liqasında 36-cı turun qalan oyunları keçirilib.
Sportal.az xəbər verir ki, çempionluq əlini üzən “Mançester Siti” doğma meydanda autsayder “Kuins Park Reyncers”i sınağa çəkib.
Manuel Pelleqrinin başçılıq etdiyi “şəhərlilər” rəqibini darmadağın edib. Böyük hesablı qələbənin təməlini Serxio Aquera qoyub. Bu görüşdə ev sahiblərinin argentinalı hücumçusu het-trik edib. Bu məğlubiyyətdən sonra KPR-in aşağı dəstəyə yuvarlanması rəsmləşib.
“Mançester Siti” – KPR 6:0
Qollar: Aquero, 4, 50, 64, Kolarov, 32, Milner, 70, David Silva, 85
saytlarin hazirlanmasi