"Burada nə qədər işləyəcəyimi deyə bilməyəcəm"

01:50 - 12 May 2015

Dik Advokatın son iş yeri "Sanderlend" olacaq
 
"Sanderlend"in baş məşqçisi Dik Advokat gələcək karyerası haqda danışıb.
 
Sportal.az xəbər verir ki, hollandiyalı mütəxəssis "Sanderlend"in onun karyerasında son komanda olacağını deyib:
 
"Bu komandaya gəlməklə risk etdim? Mən belə düşünmürəm. "Sanderlend" mənim son iş yerim olacaq. Karyeram ərzində bir sıra uğurlar qazandım. İndi də öz işimdən zövq alıram. Ancaq burada nə qədər işləyəcəyimi deyə bilməyəcəm". 

Xəbər xətti