Stiven Cerrard vida matçına hazırlaşır
"Karyeram ərzində bir sıra kuboklar qazandım. "Liverpul"da xoş xatirələr var. Ancaq təəssüf ki, Premyer Liqada çempionluq yaşamadım".
Sportal.az xəbər verir ki, bu sözləri "Liverpul"un kapitanı Stiven Cerrard deyib.
Mövsümün sonunda "Liverpul"dan ayrılacaq Cerrard komanda və azarkeşləri üçün darıxacağını bildirib:
"Karyeramın əvvəlində düşündüyümdən də çox uğur əldə etdim. "Enfild Road"da vida matçımın nə dərəcədə emosional alınacağını bilmirəm. Qorxduğum başıma gəldi. "Enfild Road" stadionu, azarkeşlər və komanda yoldaşlarım üçün darıxacam. "Kristal Palas"la oyun mənim üçün çox emosional keçəcək. Ancaq göz yaşlarımı saxlamağa çalışacağam".
Qeyd edək ki, "Liverpul"un yetirməsi olan Cerrard mövsümün sonunda ABŞ-a gedəcək.
saytlarin hazirlanmasi