Joze Mourinyo “Çelsi”nin kapitanından danışdı
“Çelsi” klubunun baş məşqçisi Joze Mourinyo Con Terri haqqında fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis məhz onun sayəsində futbolçunun “Çelsi”də qaldığını bildirib:
“Terri də bilir ki, əgər mən olmasaydım o bu vaxta kimi “Çelsi”də qalmazdı. Çünki başqa məşqçi onu komandada saxlamazdı”.
Müdafiəçinin problemləri olduğunu bildirən Moutinyo, onun mövsümboyu stabil çıxış edə bilmədiyini deyib:
“Onun hansısa problemləri var idi. Demək olar ki, mövsümün gedişində 2-3 oyun ard-arda uğurlu oyun keçirə bilmədi”.
Xatırladaq ki, 34 yaşlı müdafiəçi bu mövsüm 36 oyuna 5 qol vurub.
saytlarin hazirlanmasi